Deputatımız Birləşmiş Ərəb Əmirliklərinə səfər edəcək

16:17 04.12.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Milli Məclisin deputatı Sevil Mikayılova dekabrın 5-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ-nin) Dubay şəhərinə səfər edəcək.

Bu barədə hafta.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, millət vəkili Parlamentlərarası İttifaq və BƏƏ Federal Milli Şurasının birgə təşkilatçılığı ilə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası (COP28) çərçivəsində keçiriləcək iclasda iştirak edəcək.

Səfər dekabrın 8-də başa çatacaq.