DİN-dən hüquq müdafiəçiləri ilə bağlı açıqlama

22:40 17.02.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Hüquq müdafiəçiləri Rüfət Səfərov və Zaur Əkbər Nərimanov Rayon Polis İdarəsinin ərazisində polislər tərəfondən şiddətə məruz qaldıqlarını iddia ediblər.

 

Hafta.az xəbər verir ki, bunu DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov hadisə ilə bağlı jurnalistlərə açıqlama verib.

 

"Onlar Nərimanov Rayon Polis İdarəsinin ərazisində çəkiliş ediblər, onlara xəbərdarlıq olunub ki, çəkiliş etməsinlər. Orada heç kim döyülməyib, sadəcə deyiblər ki, çəkiliş aparmayın. Rüfət Səfərovla əlaqə saxladım, o da anlayışla qarşıladı. Çox təəssüf olsun ki, bəziləri sürücülərin bu hərəkətindən öz siyasi məqsədləri üçün sui-istifadə etməyə cəhd edirlər”, - deyə E.Zahidov bildirib.