DİN-dən kiberdələduzluqla bağlı xəbərdarlıq

14:27 22.11.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Kiberdələduzların qurbanlarına çevrilməmək üçün tanımadığınız şəxsdən gələn şübhəli məktubları və linkləri açmayın”.

 

Hafta.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) paylaşdığı videoçarxda bildirilib.

 

“Hədiyyə qazandınız kimi anidən gələn mesajlara inanmayın. Bütün hesablarınız üçün eyni paroldan istifadə etməyin. Şəxsi və bank kartı ilə bağlı informasiyalarınızı heç kimlə bölüşməyin. Açıq mənbələrdə şəxsi məlumatlarınızı yaymayın”, - xəbərdarlıqda qeyd olunub.