Yazını böyüt
Yazını kiçilt
“Hazırda Əfqanıstanda terror təşkilatlarının münaqişəsi var”.
Hafta.az xəbər verir ki, bunu Bosniya və Herseqovinada səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
O qeyd edib ki, İŞİD və "Taliban" fərqli təşkilatlar olduğu üçün “Taliban”la necə mübarizə aparılacağını hazırda təxmin etmək çətindir.
“Bütün məsələ Əfqanıstan xalqının ən qısa zamanda dinc bir həyat sürməsinə dəstək olmalıdır. Əgər Amerikanın bu məsələdə edə biləcəyi bir şey varsa, bunu təmin etməlidir”, - deyə Ərdoğan bildirib.
Ərdoğan Əfqanıstan mövzusunda Türkiyənin NATO ilə birgə hansı addımlar atılacağı ilə bağlı danışıqlar aparacağını vurğulayıb: “Görüşlərimiz olacaq, hansı addımları atacağımızı planlaşdıracağıq”