Əlcəzair Mərakeşdəki səfirini geri çağırdı

09:10 19.07.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Mərakeşin Birləşmiş Millətlər Təşkilatndakı Daimi Nümayəndəsi Ömə Xəlil, Əlcəzairdəki qondarma Əl-Kabail hərəkatını dəstəkləyən açıqlamalar verib. Bu da iki ölkə arasında onsuz da oynaq olan münasibətləri bir az də gərginləşdirib. Nəticədə, Əlcəzair hökuməti Mərakeşdəki səfiri Əbdülhəmid Abdavini geri çağırıb. 

Hafta.az-ın yazdığına görə, Əlcəzairin Xarici İşlər Nazirliyi tərəfindən yayımlanan açıqlamada deyilir ki, Mərakeş hökumətindən BMT-dəki Daimi Nümayəndənin açıqlamasına qəti və konkret cavab istənsə də, rəsmi Rabat onların sorğusunu cavablandırmayıb. Bu səbəbdən də səfir geri çağrılıb. Nazirliyin açıqlamasında o da bildirilib ki, səfirin geri çağrılması son deyil, hadisələrin inkişafından asılı olaraq daha fərqli addımlar da atıla bilər. 

Qeyd edək ki, Mərakeşin BMT-dəki nümayəndəsi Ömər Xəlil, iyulun 15-də verdiyi açıqlamada Əlcəzairin Əl-Kabail bölgəsinin xalqına müstəqilliyin verilməsini vacib sayıb.