Əli Əsədov Latviyanın müdafiə naziri ilə görüşüb

16:44 27.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov aprelin 27-də Latviya Respublikası Baş nazirinin müavini, müdafiə naziri Artis Pabriks ilə görüşüb.

Nazirlər Kabinetindən hafta.az-a verilən xəbərə görə, görüşdə Azərbaycan-Latviya münasibətlərinin müxtəlif istiqamətlərdə inkişafından məmnunluq ifadə edilib.

İki ölkə arasında siyasi, hərbi, ticari-iqtisadi, sərmayə qoyuluşu, turizm və bir çox digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.