Ermənilər Şuşanı atəşə tutdular

10:05 14.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.

Müdafiə Nazirliyindən hafta.az-a verilən məlumata görə, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində, qanunsuz erməni silahlı dəstələri tərəfindən iyulun 13-də saat 21:34-də və saat 21:45-də Şuşa şəhəri ətrafındakı Azərbaycan Ordusunun mövqeləri pulemyot və avtomatlardan atəşə tutulub.

Bölmələrimizin şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.