Ermənistan bu anlaşmadan, real danışıqlardan qaçır – Asim Mollazadə

18:13 15.03.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın Ermənistana təqdim etdiyi sülh danışıqlarının şərtləri beynəlxalq hüquq normalarına əsaslanır, bölgədəki reallıqlara hesablanıb.

Bu fikirləri hafta.az-a Milli Məclisin deputatı Asim Mollazadə deyib.

Deputat bəyan edib ki, Ermənistan bu anlaşmadan, real danışıqlardan qaçır və müxtəlif bəhanələrlə məsələləri hansısa Minsk Qrupunun vasitəçiliyinə yönəltməyə çalışır.

“Ermənistan hansısa tərəfdaş ölkələri, hansısa güclü, varlı icmaları  bu prosesə çəlb etmək istəyir ki, onların vasitəsi ilə danışıqlar prosesini yenə də pozub bir 30 il də uzatsın.  Əslində Ermənistan bu prosesdən qaçaraq özünü təcrid vəziyyətinə salacaq.  Ermənistan demək olar ki, bir dövlət kimi özünün mövcudluğunu şübhə altına qoyur. Çünki sosial, iqtisadi problemləri getdikcə daha da dərinləşir.  Azərbaycanın təklif elədiyi sülh şərtindən imtinası Ermənistan gələcəkdə əhalisinin bu ölkədən tam çıxaraq onu çox ağır böhran vəziyyətinə gətirəcək. Hansısa ümid elədiyi ölkələrin də Ermənistana ciddi bir köməyi dəyməyəcək”.

A.Mollazadə qeyd edib ki, Ermənistan sülhə gələrsə, bölgədə mövcud olan iqtisadi layihələrdə iştirak edə bilər. Eyni zamanda özünün ticarət əlaqələrini genişləndirə və yeni kommunikasiya imkanlarına malik ola bilər.  Eləcə də özünə yaxın ölkələrlə nəqliyyat dəhlizi əldə edə bilər.  Və Azərbaycanın Gürcüstan, Türkiyə  ilə həyata keçirdiyi layihələrə- 3+3 formatına qatılmaqla Ermənistan iqtisadiyyatını xilas edə bilər.

“Lakin Ermənistan bu prosedən imtina edir. Ümid edir ki, yenə də kimlərinsə vasitəsi ilə  danışıqları illər boyu uzada bilər.  Ancaq hər bir yeni ilə Ermənistanı  daha da dərin böhrana salacaq.  Artıq Ermənistandan çıxan əhali axını artıb. Qarabağda separatçıların təsiri altında yaşayan erməni  vətəndaşlar da artıq bölgəni tərk edirlər. Ermənistan ATƏt-in Minsk Qrupunu prosesə cəlb etməklə baş qatmağa çalışır. Aydındır ki, ATƏT MQ-u 30 il bu işlə məşğul oldu. İndi münaqişə yoxdur və belə bir vaxtda onların yenə də danışıqlara cəlb edilmələri yalnız danışıqları uzatmaq məqsədi güdür”.

A.Mollazadə bəyan edib ki, Azərbaycan səbrlə gözləyəcək ki, Ermənistan danışıqlara gəlsin, şərtləri qəbul etsin. Əks təqdirdə, Ermənistan özü-özünü xəritədən siləcək.