Ermənistan daha bir məntəqəsində sakinlər yolu bağladı

14:38 14.02.2024 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Son günlər Ermənistanda sosial problemlərlə bağlı əhalinin etirazları səngimək bilmir. Belə ki, “Ararat” adlandırılmış Vedi rayonunun Jrahovit kəndinin sakinləri bu gün kənd yolunu bağlayıblar.

Hafta.az xəbər verir ki, bu haqda  Aysor.am məlumat yayıb.

Kənd sakinlərindən biri - Jemma Hovsepyan jurnalistlərlə söhbətində bildirib ki, icmalar birləşdirildikdən sonra hökumət Jrahovit və Arevabuir icmalarında bir məktəb olması barədə qərar qəbul edib. Məktəb bu iki kəndin mərkəzi hissəsində tikilməlidir.

Sakinin sözlərinə görə, Ararat rayonunun rəhbərliyi Arevabuir icmasının rəhbərliyi ilə yaxşı münasibətdədir və indi onlara qarşı sui-qəsd hazırlanır ki, məktəb iki kənd arasında deyil, Arevabuirin özündə tikilsin.

“Niyə hökumətin qərarından yan keçirlər? Belə olsa, məktəb kəndimizin o biri tərəfində yerləşəcək, 2 km-dən çox uzaqda olacaq. Onlar öz dostlarından və əlaqələrindən istifadə edərək hökumətin qərarından yan keçmək istəyirlər. Köhnə müqaviləyə xitam vermək, yeni tender elan etmək və istədiklərini etmək istəyirlər”.

Jemma Hovsepyan qeyd edib ki, Arevabuirada məktəb tikmək istədikləri yer bataqlıqdır, bir neçə il əvvəl orada məktəbin bünövrəsi qoyulub, ancaq bataqlıq olduğunu görəndə iş dayandırılıb. “Bizim tələbimiz ondan ibarətdir ki, məktəb iki kəndin mərkəzində tikilsin. Baş nazirə və hökumətə bildirmək istəyirik ki, qubernatorluğun icma ilə oxşar sövdələşmələri var” -deyə sakin əlavə edib.

Xatırladaq ki, bir neçə gün öncə Basarkeçər(“Vardenis”) mahalında yaşayan ermənilər də bölgədən bir sıra dövlət idarələrinin ləğv edilməsi qərarına etiraz edərək İrəvana gedən magistral yolu bütün gün boyu bağlı saxlamışdılar.