Ermənistan onda olan bütün mina xəritələrini Azərbaycana təhvil verəcək. Çünki prosesə Rusiya nəzarət edir.
Hafta.az xəbər verir ki, bu fikirləri rusiyalı hərbi ekspert Aleksandr Artamanov deyib. Onun sözlərinə görə, türkiyəli sülhməramlılarla birlikdə Rusiya Noyabr bəyannaməsinin qarantı rolunda çıxış edir. Orada isə hərbi əməliyyatlar dayandırılandan sonra ərazilərin minalardan təmizlənməsi əksini tapıb. Ermənistanın mina ərazilərinin xəritəsini verməkdən imtina cəhdi Rusiyanın Cənubi Qafqazda oynadığı və davam etdirmək istədiyi roluna zərbə vurmaq deməkdir:
"Əgər Ermənistan mina xəritələrini verməsəydi, Rusiyanın prosesdəki rolunun yalnız kağız üzərində qalması ilə bağlı suallar yaranardı. Ona görə də, xəritələrin verilməsi tək Azərbaycan üçün yox, həm də Rusiya üçün vacibdir. Əgər Ermənistan bundan imtina etsə idi, əsas tərəfdaşı kimi Rusiyadan silah almaq imkanlarından da məhrum olardı".