Ermənistan Qarabağda "yaşayış layihələri" üçün 20 MİLYARD AYIRACAQ

18:51 29.04.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

"Ermənistan hökuməti Qarabağın təcili mənzil ehtiyaclarını nəzərə alaraq, yaşayış layihələri üçün əlavə 20 milyard dram ayıracaq". Hafta.az Armenpress-ə istinadla xəbər verir ki, bu barədə separatçı rejimin "dövlət naziri" Artak Beqlaryan öz Facebook səhifəsində bildirib.

"Bu gün Arayik Arutyunyanın başçılığı ilə baş nazir Nikol Paşinyan başda olmaqla, Ermənistan hökumətinin bəzi üzvləri ilə görüşdük. Gündəliyin iki əsas məsələsi Qarabağdakıı sosial-iqtisadi vəziyyət və Ermənistanın siyasi vəziyyəti idi".