Ermənistan XİN: "Sülh müqaviləsinin imzalanması hökumətin prioritetidir"

15:29 07.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Azərbaycanla sülh müqaviləsinin imzalanması hökumətin gündəliyində dayanan prioritetlərdəndir".

AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Unanyan deyib. Onun sözlərinə görə, regional kommunikasiyaların açılması da hökumətin prioritet istiqamətlərdən biridir.

“Biz Ermənistan və bütün region üçün dinc inkişaf dövrünün başlanması strategiyasını qəbul etmişik. Bu istiqamətdə addımlar atmağa hazırıq".