Ermənistanın yeni ombudsmanı Azərbaycan torpağına gəldi - FOTO

16:57 04.03.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Martın 4-də Azərbaycan Respublikasının Qarabağ torpaqlarındakı Rusiya hərbi kontingentinin himayəsində bəslənən separatçı-terrorçu rejimin rəhbəri Arayik Arutyunyan  Ermənistanın yeni seçilmiş insan hüquqları müdafiəçisi Kristine Qriqoryanı qəbul edib.

Hafta.az xəbər verir ki, bu haqda Xankəndindəki erməni mediası məlumat yayıb.

Arayik Laçın dəhlizindəki dövlət sərhədimizi pozaraq Qarabağa gəlmiş yeni ombudsman Kristina Qriqoryanı bu məsul vəzifəyə seçilməsi münasibətilə təbrik edib, ona səmərəli fəaliyyət arzulayıb.

Həmsöhbətlər Ermənistan və separatçı qurumun “müvafiq strukturları arasında insan hüquqlarının müdafiəsi sahəsində əməkdaşlıqla bağlı məsələləri müzakirə ediblər”.

Görüşdə separatçı rejimin hüquq müdafiəçisi Qeqam Stepanyan iştirak edib.