“Ermənistanın yerləşdirdiyi minaların təhlükəsi həmişə aktualdır” - XİN

21:19 04.02.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Ermənistanın yerləşdirdiyi minaların təhlükəsi həmişə aktualdır”.

Hafta.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyi X hesabında bildirib.

“Tərəfdaşların Ermənistanı bu təhlükəni aradan qaldırmağa məcbur etməməsi daha çox itkilərə və xəsarətlərə səbəb olur.

Bu gün partlayış nəticəsində bir mülki şəxs ağır yaralanıb, ayağı amputasiya edilib.

2020-ci ilin noyabr ayından indiyədək 343 nəfər minaların qurbanı olub” paylaşımda deyilir.