Fəhlə binadan yıxılaraq öldü

15:34 22.02.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Lənkəranda fəhlə tikilməkdə olan binadan yıxılaraq ölüb.

 

Hafta.az xəbər verir ki, hadisə şəhərin mərkəzində yeni tikilməkdə olan 7 mərtəbəli yaşayış binasında baş verib.

 

Məlumata görə bədbəxt hadisə nəticəsində ölən şəxs tikintidə fəhlə işləyirmiş.

 

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə baxış keçiriblər. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Şəhər şöbəsinə təhvil verilib.

 

Faktla bağlı araşdırma aparılır.