FHN: Ötən sutka ərzində ikisi azyaşlı olmaqla 8 nəfər xilas edilib

10:56 24.08.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 90 halda yanğına çıxış və 8 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Nazirlikdən hafta.az-a bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində ikisi azyaşlı olmaqla 8 nəfər xilas olunub. Həmçinin dənizdə batan iki nəfərin cəsədini dalğıc-xilasedicilər taparaq çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.