FHN əməkdaşı dünya çempionu olub

15:14 08.12.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dekabrın 1-4-də Türkiyə Respublikasının Bursa şəhərində Alpaqut Turan döyüş sənəti üzrə 4-cü dünya çempionatı keçirilib.

Hafta.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yarışda ölkəmizi təmsil edən idmançılar sırasında FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Nurlan Kərimov da olub.

+85 kq çəki dərəcəsində mübarizə aparan idmançımız bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb və 3-cü dəfə Alpaqut döyüş növü üzrə dünya çempionatının birincisi olub.

Oxunma sayı 63