Fikrət Məmmədov Konstitusiya Məhkəməsinin hakimi təyin edildi

11:37 23.02.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fikrət Məmmədov Konstitusiya Məhkəməsinin hakimi təyin edilib.

Hafta.az-ın məlumatına görə, Fikrət Fərrux oğlu Məmmədovun Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi təyin edilməsi haqqında məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq qəbul edilib.