Fikrət Məmmədov Konstitusiya Məhkəməsinin kollektivinə təqdim olunub

21:39 23.02.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Milli Məclisin qərarı ilə Konstitusiya Məhkəməsinin yeni təyin edilmiş hakimi Fikrət Məmmədov kollektivə təqdim olunub.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən hafta.az-a bildirilib ki, tədbirdə Məhkəmənin hakimləri və Aparatın məsul əməkdaşları iştirak ediblər.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təqdimatına əsasən Milli Məclis tərəfindən Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin olunması münasibətilə Fikrət Məmmədovu təbrik edərək, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Fərhad Abdullayev ölkəmizdə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra başlanmış hüquqi dövlət quruculuğundan, Prezident İlham Əliyevin məhkəmə-hüquq sahəsində həyata keçirilən mütərəqqi islahatlardan, məhkəmə hakimiyyətinin müstəqilliyinin möhkəmlənməsindən, Konstitusiyanın aliliyinin təmin olunması və qorunması sahəsində atılan mühüm addımlardan bəhs edib.

Hakim Fikrət Məmmədov göstərilən etimada görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkürünü ifadə edərək, hakimlik fəaliyyətində də səylərini əsirgəməyəcəyini bildirib.

Oxunma sayı 61