Firuzə İbadovanı qızı və nəvəsi belə təbrik etdi

16:48 18.02.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Əməkdar artist Firuzə İbadova bu dəfə qızı Hülya və nəvəsi Hökümə ilə efirə çıxıb.

Hafta.az xəbər verir ki, "Qonaqcanlı" verilişinə qatılan ifaçı ad gününü qeyd edib.

"Ad günümdə mənə əziz olan övladlarımdır ki, onlar da mənimlədir. Sənət aləmindəki dostlarım da yanımda olur" deyə, F.İbadova bildirib. 

Anasını təbrik edən Hülya "Anamı sevən hər kəsə təşəkkür edirəm. Sağ olun ki, anamın yanındasınız. Firuzə xanım, həm övladım, həm anamdır. Heç vaxt məni tərk etməyin. Zamanı durdurmaq istəyirəm. Analar bizi tərk etməsin" sözlərini deyib.