Millimiz dünya çempionatında ikinci qələbəsini qazandı

20:09 03.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

3 iyun 3x3 basketbol üzrə qadın millimiz Polşanın paytaxtı Varşava şəhərində keçirilən dünya çempionatında 3-cü qrup oyununa çıxıb.

Hafta.az xəbər verir ki, Çexiya seçməsi ilə qarşılaşan təmsilçimiz rəqibinə 14:11 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, millimizin qrupda sonuncu oyunu bu gün Bakı vaxtı ilə saat 20:55-də ev sahibi Polşa millisinə qarşı olacaq.