“Araz-Naxçıvan” onunla müqaviləni yenilədi

19:20 03.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Araz-Naxçıvan” futzal komandası qapıçısı Emin Kürdovla yeni müqavilə imzalayıb.

Hafta.az xəbər verir ki, bu barədə muxtar respublika təmsilçisinin vitse-prezidenti Mahmud Sadıqov məlumat verib.

O, 41 yaşlı qolkiperin daha 1 il Naxçıvan klubunda çıxış edəcəyini bildirib.

Qeyd edək ki, Emin Kürdov Azərbaycan millisinin də formasını geyinir. Təcrübəli qapıçı 2004-cü ildən yığmanın şərəfini qoruyur.