Floridada tornado onlarla evi dağıdıb

17:04 17.01.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

ABŞ-ın Florida ştatında tornado onlarla evi dağıdıb, yeddi min sakin işıqsız qalıb.

Hafta.az “CNN”ə istinadla xəbər verir ki, Floridanın cənub-qərbində baş verən iki tornado ən azı 28 evi dağıdıb və təxminən yeddi min evi işıqsız qoyub.

Rəsmi mənbələrin məlumatlarına görə, hazırda azı 62 ev yaşayış üçün yararsız haldadır. Hadisə nəticəsində dörd nəfər xəsarət alıb.

Qeyd edək ki, tornado zamanı küləyin sürəti saatda 190 kilometrə qədər yüksəlib.

Oxunma sayı 24