Fransa modelyeri Tyerri Muqler vəfat edib

14:01 24.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fransa modelyeri, fotoqraf və “Mugler” moda evinin yaradıcısı “Tyerri Muqler” 73 yaşında vəfat edib.

Hafta.az TASS-a istinadla xəbər verir ki, bu barədə dizaynerin feysbuk səhifəsində yerləşdirilmiş məlumatda deyilir.

Parisin “Gala” jurnalının məlumatına görə, klassik və müasirliyi birləşdirməyə çalışan Tyerri Muqler 1973-cü ildə özünün ilk qadın geyim kolleksiyasını yaradıb. 1980-ci illərdə dünya şöhrəti qazanan dizayner 1992-ci ildə öz ətir brendini təsis edib. Muqler 2002-ci ildə moda evinin yaradıcı direktoru vəzifəsindən çıxsa da paltar tikməyə və şoular təşkil etməyə davam edib.

Oxunma sayı 22