“Ermənistan Avropa platformalarının geosiyasi ambissiyalarının ələtinə çevrilib. Bu, bütövlükdə region üçün çox böyük təhlükə yaradır”.
Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Elşad Mirbəşir bildirib.
Deputat qeyd edib ki, ermənilər kobud səhvlərindən nəticə çıxarmırsa, bu onları gələcəkdə cinayət məsuliyyətindən azad etməyəcək.
“Ermənistanda “Miatsum” təşkilatının 36-cı ildönümünün keçirilməsi və orada Azərbaycanın sərt şəkildə ittiham olunması buna sübutdur. Münhendə vasitəçilikdən kənarda qalan Fransa etnik ermənilərin Qarabağa qayıtmasının vacibliyini bəyan edib. Hesab olunur ki, Azərbaycanda olan ermənilərin hüquqları, təhlüksəziliyi beynəlxlq hüququqla tənzimlənməlidir. Bu da Fransanın gərginliyin qalmasında maraqlı olduğunu göstərir. Azərbaycan Avropa və digər platformaların bu kimi qərəzli çıxışlarını həmin qurumların özünə qarşı istifadə etməlidir”.