Yazını böyüt
Yazını kiçilt
Gəncədə kütləvi dava olub.
Hafta.az xəbər verir ki, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb.
Məlumata görə, dava zamanı Saday Nəzərov (2003), onun qardaşı Zöhrab Nəzərov ( 2005), qohumu Elvin Nəzərov (2006), Elşən Nəzərov ( 1990) və Sakit Nəzərov (1991) müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Onlar Gəncədə yerləşən müxtəlif xəstəxanalara yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma başlanılıb./apa/