Gürcüstanda daha 848 nəfər koronavirusa yoluxdu

10:39 19.07.2021
Yazını böyüt
Yazını kiçilt

Gürcüstanda ötən sutka ərzində koronavirusa 848 yeni yoluxma faktı qeydə alınıb, 1 231 nəfər müalicə olunaraq sağalıb, 15 pasiyent vəfat edib.

 

Hafta.az xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

 

Qonşu ölkədə indiyədək COVID-19 infeksiyasına 388 329 nəfər yoluxub. Onların 366 250-si sağalıb, 5 566-sı isə ölüb.

 

Aktiv xəstə sayı 16 487 nəfər təşkil edir.