Gürcüstanda koronavirusa gündəlik yoluxmada rekord qeydə alınıb

13:48 18.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gürcüstanda son sutka ərzində 7 521 nəfər koronavirusa yoluxub.

Hafta.az-ın məlumatına görə, bu, pandemiya dövründə ölkədə qeydə alınan ən yüksək göstərici olub.

Bugünədək Gürcüstanda koronavirusa yoluxanların sayı 1 milyon nəfəri ötüb.

Eyni zamanda son sutkada 31 nəfər vəfat edib, bugünədək ölənlərin sayı 14 512 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda dekabr ayında omikron ştammına ilk yoluxmalar aşkar edilib.