Gürcüstanda yoluxanların sayı artdı

11:49 29.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 18274 yoluxma halı qeydə alınıb.

 

Hafta.az xarici KİV-lərə istinadən xəbər verir ki, qonşu ölkədə virusdan ölənlərin sayı 41 nəfər olub.

 

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 1145508, ölənlərin sayı isə 14911 nəfərə çatıb.

 

Virusa yoluxanlardan 995328 nəfərin sağaldığı bildirilib.