Hacıqabulda 2 piyadanı maşın vurdu

10:32 20.02.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Hacıqabulda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hafta.az xəbər verir ki, hadisə rayonun mərkəzi hissəsində qeydə alınıb. Avtomobil 1970-ci il təvəllüdlü Abışova Ceyran Nurulla qızını vurub. Yaralı təcili ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona üz və baş hematoması, müştərək travma, sol bazu sümüyünün yerdəyişən qəlpəli sınıqları diaqnozları qoyulub.