Hacıqabulda 40 maşın toqquşdu - Ölən və yaralananlar var

12:38 01.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı-Qazax magistralında ağır yol qəzası baş verib.

Hafta.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonu ərazisindən keçən hissəsində olub. 40-a yaxın avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib.

Magistiralın 113 –cü km-də baş vermiş hadisə nəticəsində 1 nəfər ölüb,15 nəfər yaralanıb.