Hamilə qadın koronavirusdan öldü, 6 AYLIQ UŞAĞI SAĞ QALDI

15:56 26.08.2021 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin Ordu vilayətində 6 aylıq hamilə olan 23 yaşlı Cəmilə Filar koronavirus səbəbindən həyatını itirsə də, həyatdan ikiəlli yapışan uşağı əməliyyatla götürülərək küməzə qoyulub.

Hafta.az-ın məlumatına görə, əri ilə birlikdə İstambuldan tətil üçün məmləkəti Orduya gələn Cəmilə keçən həftə anidən rahatsızlanınca, Fatsa Dövlət Xəstəxanasına qaldırılıb.

Covid-19 şübhəsiylə xəstəxanaya yatırılan Cəmilə Fiların test nəticələri pozitiv olub. Sağlıq durumunun ağırlaşması səbəbindən Ankara Şəhər Xəstəxanasına götürülsə də, bütün müdaxilələrə baxmayaraq həyatını itirib. Fiların uşağı isə əməliyyatla alınaraq küməzə qoyulub.