Yazını böyüt
Yazını kiçilt
Müdafiə Nazirliyinin tabeliyində olan birlik, birləşmə, hərbi hissə, Əlahiddə Ümumqoşun Ordu, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri, o cümlədən xüsusi təyinatlı təhsil müəssisələrində Qurban bayramı münasibətilə tədbirlər keçirilir.
Hafta.az Müdafiə Nazirliyinə istinadən bildirir ki, tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, ölkə prezidenti cənab İlham Əliyevin və Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Qurban bayramı münasibətilə təbrikləri şəxsi heyətə çatdırılır.
Hərbi qulluqçuların iştirakı ilə qurbanlar kəsilir, onlar üçün bayram süfrələri təşkil olunur və mədəni kütləvi proqramlar nümayiş etdirilir.