Həyat yoldaşını aldadanların bu əmələ görə aylıq XƏRCLƏRİ HESABLANDI – OTEL, HƏDİYYƏLƏR...

09:51 14.11.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Zina sevgililərə ayda orta hesabla 4657 avroya başa gəlir. Bu barədə İspaniyanın “El Pais” nəşri məlumat yayıb.

Tipik xərclər evli insanlar üçün məşhur tanışlıq proqramı hazırlayan Ashley Madison tərəfindən hesablanıb. İspaniyada 1,7 milyon insan ondan istifadə edir - Fransa, İtaliya və ya Almaniyadan daha çox.

Ən çox pul sevgililərin görüşmək üçün sifariş etdikləri otel otaqlarına xərclənir. Bu xərc maddəsi ayda 1944 avroya çatır. Ayda orta hesabla restoranlara 818 avro, hədiyyələrə 408 avro, şəxsi qulluğa isə 600 avro xərclənir. Qanuni həyat yoldaşlarının şübhələnməsinin qarşısını almaq üçün fırıldaqçılar onlara çiçəklər və ya hədiyyələr verirlər. Bu, müvafiq olaraq ayda daha 640 və 351 avrodur.