“Heydər Əliyev ili” enerji ili ilə əvəzlənir - Sahib Alıyev

14:39 30.12.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Neft ölkəsi Azərbaycanda “Heydər Əliyev ili” enerji ili ilə əvəzlənir”.

Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Sahib Əliyev bildirib.

Deputat 2023-cü ildə qazanılan böyük uğurlarımızın Heydər Əliyevin adı ilə bağlı olduğunu deyib. Onun sözlərinə görə, 2023-cü ildə baş verənlər ulu öndərin təməlini qoyduğu və bu il başa çatan uğurlu siyasətin nəticədir.

“Qarabağ Azərbaycandır nida” cümləsi də Heydər Əliyev siyasətinin nəticəsidir. “Qarabağ Azərbayacandır nidası” bu il qoyuldu”.

S.Əliyev Azərbaycanın öz suverenliyini ağılı güclə hərbi gücün sinxron birləşməsi ilə əldə edildiyini qeyd edib.

O, eyni zamanda bildirib ki, Ermənistanın digər dövlətləri COP29-un Bakıda keçirilməsini dəstəkləməyə dəvət etməsi də sülhə məcburetmənin təntənəsi idi.