İlham Əliyev Blinkenlə telefon danışığı aparır

21:10 15.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ Dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.

 

Hafta.az xəbər verir ki,bu barədə Blinken Tvitter hesabında paylaşım edib.

 

“Azərbaycan Prezidenti ilə regional münaqişələrin həlli və Cənubi Qafqazda sülhə doğru irəliləmənin vacibliyi haqqında danışdım.

 

Mən Ukraynaya göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkür etdim” , - o bildirib.