Yazını böyüt
Yazını kiçilt
Amerikanın Şimali Karolina ştatının Klinton şəhərinin sakini ilk dəfə lotereyada şansını sınamaq qərarına gəlib və dərhal cekpotu vurub. Bu barədə NC Education Lottery məlumat yayıb.
Michael Eaves mobil proqramdan istifadə edərək Cash 5 biletlərini alıb: “Mən ilk dəfə idi ki, bu lotereyada oynayırdım” deyib.
Səhəri gün o, püşkatmanın nəticələrini yoxlayıb və 331 min dollar udduğunu müəyyən etdi. Amerikalı həqiqətən qalib olduğuna əmin olduqdan sonra həyat yoldaşı ilə pulu hara xərcləyəcəyini müzakirə etməyə başlayıb.