İmişlidə 66 yaşlı kişini avtomobil vurub

21:21 22.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İmişlidə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hafta.az-ın Mil-Muğan bürosunun məlumatına görə, hadisə İmişli şəhərində qeydə alınıb.

“VAZ 2106” markalı avtomobil Yalavac kənd sakini, 1955-ci il təvəllüdlü Quliyev Vahid İsa oğlunu vurub.

Piyada sınıq xəsarətləri ilə Şirvan şəhər xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.