“Oğlumun qaçmadığını, daimi mühacirət etmədiyini, müvəqqəti işləyib qayıtdığını, Kanadada yaşayış yeri olmadığını izah etdim. Təəssüf ki, bu, bütün dünyaya yayılmış yalanlardan biridir. Oğlumun hətta elmi əsaslı şirkəti var və öz sahəsində mükafatlar alıb. Onun İran universitetlərində tələbələrlə bağlı şirkəti var, Kanadaya isə başqaları kimi gedib-gəlir”.
Hafta.az-ın yazdığına görə, bu sözləri İranın vitse-prezidenti Ensiyeh Hazali deyib. İran rəsmisi ailəsi haqqında yayılan söz-söhbətləri cavablayarkən urnalistin ünvanladığı “Burada məqsəd İranda bəzi partiyalar tərəfindən sizə siyasi sui-qəsd etmək ola bilər, necə ki, Əli Şəmxaninin ailəsi və onunla işləyənlər hədəfə alınıb” suala Hazali çaşqın halda qısa cavab verib: “Əli Şamxani ilə bağlı baş verənlərin təfərrüatını bilmirəm”.
“İndependent Arabia”ya verdiyi müsahibədə Hazali oğlunun Kanadaya gedib-gəlməsini əsaslandırmaq üçün deyib: “İctimai rəyi hakimiyyətə qarşı yönəltmək istəyənlər var. Amma hesab edirik ki, xaricdə öyrənmək və öyrətmək həm Şərqdə, həm də Qərbdə normaldır. Biz Qərbə və onun mədəniyyətinə qarşı emosional və qarşıdurma müstəvisində yanaşmamalıyıq. Bəli, biz onların elmindən bəhrələnirik. Amma bu gün uşaqlarımız, tələbələrimiz, professorlarımız bir çox nailiyyətlərdə Qərbi geridə qoyurlar. Biz bu qarşılıqlı əlaqənin, ticarətin və məlumat mübadiləsinin və faydaların mümkünlüyünə inanırıq. Bu köç, vətəndən qaçmaq və sair demək deyil. Bəli, hakimiyyəti gözdən salmağa çalışan, iqtisadi və ya elmi sahədə fəaliyyət göstərən, xariclə əlaqəsi olanlara qarşı çıxanlar var”.