ABŞ-da fəaliyyət göstərən "ZipRecruiter" iş axtarışı saytının məlumatına görə, həftənin müəyyən günlərində elanlar üçün müraciət etmək daha sərfəli ola bilər.
Hafta.az-ın yazdığına görə, adıçəkilən şirkətin vitse-prezidenti Marissa Morrison hesab edir ki, çərşənbə axşamı müraciət edənlərin ilk olaraq nəzərdən keçirilmək şansı daha yüksəkdir.
Çünki "ZipRecruiter"in 10 milyon aktiv siyahıdan ibarət məlumat bazası yeni iş elanlarının təxminən 22 faizinin çərşənbə axşamı sayta əlavə olunduğunu ortaya qoyur.
Həftə sonları iş elanlarına baxmaq üçün ən pis günlərdir. Çünki saytın məlumatları göstərir ki, şənbə və bazar günləri yeni elanların cəmi üç faizi açılır.
“Bazar günləri işə müraciət etmək üçün əlverişli gün deyil” deyən iş adamı belə davam edir:"Ən son iş elanları üçün ilk müraciət edənlərdən biri olmaq fürsətini əldən verə bilərsiniz".
Morrisona görə, çərşənbə axşamı günləri üçün ən yaxşı addım, elandan sonra 48 saat ərzində müraciət etməkdir.
Morrison həmçinin iş axtaranlara belə saytların elektron bülletenlərinə yazılmağı tövsiyə edir.
Bu, istifadəçilərin yeni iş elanlarını tutmasını asanlaşdıra bilər. Lakin iş adamının fikrincə, yeni reklam dalğasını tutmağın ən yaxşı yolu çərşənbə axşamı və cümə axşamı günləri bu saytlara baxmağı vərdiş halına salmaqdır.