İsrail əsgərlərinin hücumları nəticəsində yüzlərlə fələstinlinin evi bərpa olunmayacaq dərəcədə ziyan görüb. Son həftələr İsrail əsgərləri komandirlərinin birbaşa göstərişi ilə Qəzza zolağında lazımi “qanuni icazə” olmadan evləri yandırmağa başlayıblar.
Hafta.az-ın “Haaretz” qəzetinə istinadən yazdığına görə, İsrail əsgərləri bir müddətdir ki, yüzlərlə binaya ziyan vurmaq üçün bu üsuldan istifadə edərək içindəki bütün əşyaları yandıraraq yararsız hala salır.
Məsələ ilə bağlı açıqlama verən İsrail ordusu, təsdiqi olmadan edilən dağıntı və zərərin araşdırılacağını açıqlayıb.
“Haaretz” qəzetinə danışan və adını açıqlamayan İsrail ordusunun zabiti, yandırılacaq evlərin kəşfiyyat məlumatlarına əsasən seçildiyini iddia edib.
Qəzzadakı hücumlarda məşhur olan üç hərbi zabit “Haaretz”ə təsdiqləyib ki, evlərin yandırılması adi bir təcrübəyə çevrilib.
Son zamanlar Qəzzaya göndərilmiş İsrail əsgərlərinin fələstinlilərin evlərini yandırması ilə bağlı görüntülər sosial mediada tez-tez paylaşılır.