İstanbul Su və Kanalizasiya İdarəsinin (İSKİ) məlumatlarına görə, 11 noyabrda 16,18 faizə düşən bəndlərdə doluluq nisbəti son yağışlardan sonra yenidən yüksəlməyə başlayıb.
Hafta.az-ın yazdığına görə, son yağışlar zamanı 11 milyon 931 min kubmetr su alan bəndlərin doluluq nisbəti bu günə kimi 17,08 faizə yüksəlib.
3 gün əvvəl yüzdə 15,26 olaraq ölçülən Əlibəy su anbarının doluluq nisbəti yağışlarla birlikdə aldığı 820 min kubmetr su ilə 2,4 faiz artaraq 17,66-ya yüksəlib.
Son yağışlarla doluluq nisbətləri Büyükçəkməcə anbarında 4,08 faizdən 5,04 faizə, Darlık anbarında 26,59 faizdən 26,92 faizə, Elmalı anbarında 16,92 faizdən 20,32 faizə, İstrancalarda 17,1 faizdən 18,82 faizədək artıb. Eləcə də, Qazandərə anbarında suyun səviyyəsi 2,56 faizdən 2,96 faizə, Pabuçdərə anbarında 2,27 faizdən 2,92 faizə, Terkosda 7,83 faizdən 8,62 faizə, Ömərli anbarında 34,31 faizdən 35,37 faizə yüksəlib.