İstanbulda kiçik dükanlara dəstək: zəncir marketlər bazar günləri işləməyəcək

11:08 22.11.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İstanbulda uzun müddətdir kiçik dükan sahibləri tərəfindən dilə gətirilən zəncir marketlərin bazar günləri bağlı qalması tələbi konkret addıma çevrilib.

Hafta.az-ın yazdığına görə, İstanbul Ticarət Palatasının (İTO) Pərakəndə Peşəkar Komitəsinin rəhbərliyi ilə təşkil olunan seminar bu məsələni gündəmə gətirib. İstanbuldakı bütün marketlərin üzv olduğu İTO Pərakəndə Peşəkar Komitəsinin təşkil etdiyi seminarda zəncir marketlərin bazar günləri bağlanması məsələsi müzakirə edilib. Bu təşəbbüs kiçik biznesmenlərə rəqabətli bazar şəraitində daha çox nəfəs almağa imkan vermək məqsədi daşıyır.

İTO Pərakəndə Peşəkar Komitəsinin sədri və "Happy Center"in baş direktoru Yavuz Altunun sədrliyi ilə İTO-nun vitse-prezidenti Əhməd Özər, İstanbul Vilayət Ticarət Müdiri İsmail Mentəşə və İstanbul Kənd Təsərrüfatı Vilayət müdiri Əhməd Yavuz Karacanın iştirakı ilə keçirilən seminarda bazar günləri zəncir marketlərin bağlanmasının məcburi hala gəldiyi vurğulanıb. İştirakçılar bu təcrübənin həm sosial tarazlığı, həm də fərdi azadlıqları dəstəkləyəcəyini bildiriblər. Seminarda o da bildirilib ki, zəncir marketlər bazar günləri bağlanarsa, İstanbulda 15-20 min yeni ərzaq mağazasının açılması gözlənilir və bu, market işçilərinə ailələri ilə daha çox vaxt keçirmək imkanı yaradacaq.

Seminarda inhisar məhsullarının yalnız ərzaq mağazalarında və kiçik sahibkarlıq subyektlərində satılması məsələsi də gündəmə gətirilib. Bazar günü bağlanma qərarı və inhisarçı məhsulların zəncir marketlərdə satılmaması bazarların dövriyyəsində yüzdə 8-12 azalacağı gözlənilsə də, bu vəziyyətin kiçik biznesmenlərin ayaqda qalması üçün zəruri bir addım olduğu vurğulanıb.