İstanbulda polisləri aparan mikroavtobus aşıb

14:49 30.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İstanbulda polisləri aparan mikroavtobus aşıb. Hadisə nəticəsində Türkiyənin polis əməkdaşlarından 14-ü xəsarət alıb. Vəziyyəti ağır olanlar var.

Hafta.az xəbər verir ki, qəza İstanbulun Çatalca-Arnavutköy rayonları arasında İstanbul hava limanı istiqamətində baş verib.

Xəsarət alanlar bölgədəki xəstəxanalara çatdırılıblar. Onlardan bəzilərinin vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma başladılıb.