Quraqlıqla mübarizə aparan Türkiyədə noyabrın ikinci yarısı kifayət qədər yağışlı keçib. Hətta yüksək dağlıq ərazilərdə və bəzi şəhər mərkəzlərində qar yağıb.
Hafta.az-ın yazdığına görə, son günlər yağan yağışlar quraqlıq səbəbilə çətin günlər keçirən İstanbul bəndlərinə dərman kimi gəlib. İki həftədir davam edən yağışlar bəndlərdəki suyun səviyyəsini təxminən 17 faizdən 25 faizə yüksəldib.
İstanbulu su ilə təmin edən bəndlərdə bu günə olan doluluq nisbəti 25,44 faizə çatıb.
İSKİ-nin məlumatlarına görə, İstanbulda su səviyyəsi ən yüksək olan bənd yüzdə 47,37 ilə Ömərlidir. Əlmalı anbarı isə yüzdə 46,67 su səviyyəsi ilə ikinci yerdədir. İstrancalar bəndində suyun səviyyəsi 40,79 faizdir...
Digər bəndlərdə doluluq dərəcələri bu cürdür: Stenoz 39,37 faiz, Alibəyköy 29,98 faiz, Terkos 13,46 faiz, Büyükçəkməcə 9,61 faiz, Sazlıdərə 9,37 faiz, Qazandərə 8,8 faiz, Papuçdərə 6,64 faiz.