Kabildə Rusiyaya məxsus “Mİ-8” vertolyotu soyuldu...

17:39 25.08.2021 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Əfqanıstan paytaxtında naməlum şəxslər “Utair” avia-şirkəti tərəfindən idarə olunan Rusiyaya məxsus “MI-8” vertolyotunu tamamilə soyublar.

Hafta.az xəbər verir ki, Rusiyanın “Baza” teleqram kanalının verdiyi məlumatda belə deyilir. 

“Təsadüfi insanların çox olduğu hava limanı bölgəsindəki mövcud çaxnaşma vəziyyətini nəzərə alsaq, quldurları tapmaq asan olmayacaq.

Rusiya Federasiyasından olan uçuş qrupunun üzvləri talançıların qəza baltası və başaltıları da daxil olmaqla götürülə biləcək hər şeyi vertolyotdan çıxardığını qeyd ediblər.

Bir müddət əvvəl Əfqanıstandan rusların genişmiqyaslı təxliyyəsinin başladığı məlum olub. Prezident Vladimir Putinin tapşırığına uyğun olaraq vətənlərinə qayıtmaq istəyən KTMT ölkələri və Ukrayna vətəndaşları da oradan çıxarılacaqlar.