Kabildəki partlayışda ölənlərin sayı 100-ü ötüb

09:17 27.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Kabil hava limanı yaxınlığında baş vermiş partlayışlar nəticəsində ölənlərin sayı artıb.

Hafta.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Əfqanıstan Səhiyyə Nazirliyi məlumat yayıb.

“The Wall Street Journal”ın yaydığı məlumata görə, Kabildə iki partlayış nəticəsində həlak olanların sayı 103 nəfərə yüksəlib. Hadisə zamanı xeyli sayda insan yaralanıb.

Ölü sayının artacağı istisna edilmir.