Kabildəki partlayışda ölənlərin sayı 110-a çatıb

14:56 27.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Əfqanıstanın paytaxtı Kabil şəhərində baş vermiş partlayışlar nəticəsində ölənlərin sayı 110 nəfərə yüksəlib.

Hafta.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” məlumat yayıb.

Qeyd edək ki, ötən gün paytaxt Kabildə bir neçə partlayış olub. Terror aktına görə məsuliyyəti İŞİD qruplaşması öz üzərinə götürüb.