Kadir İnanır xəstəxanaya yerləşdirilib

23:16 20.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Yeşilçam” ulduzu Kadir İnanır xəstəxanaya yerləşdirilib.

Hafta.az türk mediasına istinadən xəbər verir ki, aktyorun qəfildən vəziyyətinin pisləşməsinə səbəb beyin damarında yaranan laxtalanma olub.

Bədəninin 80 faizi iflic olma riski ilə qarşı-qarşıya qalan Kadir İnanırın hazırda reanimasiyada olduğu və vəziyyətdən asılı olaraq əməliyyat olunacağı bildirilib.

Oxunma sayı 196