Keçmiş icra başçısı ev dustaqlığına buraxılmadı

14:04 25.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Lənkəran Ağır Cinayətlər Məhkəməsində Biləsuvar rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahir Quliyevin barəsindəki cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Hafta.az-ın məlumata görə, hakim İlkin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Prosesdə sabiq icra başçısının vəkili M.Quliyevin barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatət verib.

Vəsatət təmin edilməyib və məhkəmə baxışı sentyabrın 2-ə təyin edilib.